İranın Müdafiə naziri İsrailə cavab verdi

Ə.Hatəmi Netanyahunun iddialarını “İsrailin araqarışdırıcı davranışları” kimi qiymətləndiridi, Tehranın bunları cavabsız qoymayacağını söylədi.

962142
İranın Müdafiə naziri İsrailə cavab verdi

İsrailin Baş naziri Benyamin Netanyahunun “İranın nüvə silah proqramı ilə bağlı arxivini ələ keçirdikləri və gizli silah proqramına dair dəlil əldə etdiklərini” irəli sürdüyü açıqlamalarına bir cavab da İranın Müdafiə naziri Əmir Hatəmi verdi.

Hatəmi Netanyahunun iddialarını “İsrailin araqarışdırıcı davranışları” kimi qiymətləndirdi, Tehranın bunları cavabsız qoymayacağını söylədi.

Haməti Nehanyahunun tamamı ilə əssassız və küçədəki  adi insanın belə qəbul edilməyən iddiaları gündəmə gətirməsinin sionist rejimin son dövrdə bölgədə məruz qaldığı məğlubiyyətlərdən duyduğu narahatlığın işarəsi olduğunu” bildirdi.

“Sionist rejimlə baş nazir raisionallıqdan uzaqlaşmaqda davam edir” deyən İranın müdafiə naziri “Tehranın cavabı gözlənilməz şəkildə olacaq və siz bundan peşman olacaqsınız. Qüdsü işğal edən rejimi və onun tərəfdarlarını sui-qəsdə istifqamətli, fəsad və təhlükəli rəftarlarına son qoyması üçün xəbərdarlıq edirəm” ifadələrini dilə gətirdi.

İranın Xarici İşlər naziri Cavad Zərif də mövzuyla əlaqəli açıqlamasında Netanyahunu “Tehrana istiqamətli keçmişdəki ittihamlarını təkrarlayan yalançı çobana” oxşatmışdı.



Әlaqәli Xәbәrlәr