PKK/PYD-YPG-nin Suriyada işgәncә vә cinsi zorakılıq tәtbiq etdiyi bildirilir

Türkiyәnin BMT-dәki daimi nümayәndәliyini  müvәqqәti işlәr vәkili Güven Begeç BMT Tәhlükәsizlik Şurasında cinsi zorakılıq hadisәlәrinin müzakirә olunduğu sessiyada çıxış edib.

952883
PKK/PYD-YPG-nin Suriyada işgәncә vә cinsi zorakılıq tәtbiq etdiyi bildirilir

Separatçı terror tәşkilatı PKK/PYD-YPG-nin Suriyada işgәncә vә cinsi zorakılıq tәtbiq etdiyi bildirilir.

Türkiyәnin BMT-dәki daimi nümayәndәliyini  müvәqqәti işlәr vәkili Güven Begeç BMT Tәhlükәsizlik Şurasında cinsi zorakılıq hadisәlәrinin müzakirә olunduğu sessiyada çıxış edib.

Güven Begeç  Suriyada  hәm rejim, hәm dә DEAŞ, PKK/PYD-YPG kimi terror tәşkilatlarının törәtdiyi vә BMT hesabatlarına daxil olan cinsi zorakılıq hadisәlәrinә diqqәt çәkib.

BMT Beynәlxalq Müstәqil Suriya Araşdırma Komissiyasının keçәn ay yayımladığı hesabatın terror tәşkilatı PYD/PKK-nın dәstәklәdiyi Suriya Demokratik Qüvvәlәrinin  Rakkada girov götürdüyü kişilәrә cinsi işgәncә tәtbiq etdiyini ortaya qoyduğunu xatırladıb.

Begeç  çıxışında Myanma ordusunun  Arakanda Rohingya müsәlmanlarina tәtbiq etdiyi zorakılıq hadisәlәrinin dә son dәrәcә narahat edici olduğunu sözlәrinә әlavә edib.



Әlaqәli Xәbәrlәr