Yəmən sərhədində dörd S.Ərəbistanı əsgəri öldürülüb

Səudiyyə Ərəbistanı hökumətinin məlumatına görə Yəmən sərhədində dörd əsgər öldürülüb.

947993
Yəmən sərhədində dörd S.Ərəbistanı əsgəri öldürülüb

Səudiyyə Ərəbistanı xəbər agentliyi SPA, Əsgərlərin nə üçün öldürüldüklərinin bilinmədiyini, hadisə ilə əlaqəli istintaq başladıldığını qeyd edib.

2015-ci ilin mart ayından etibarən Yəmən hökumətinin tələbi istiqamətində Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri Husilərə qarşı əməliyyatlar həyata keçirirlər.

Husilər isə Yəmən sərhədində yerləşən Nekran və Jazan şəhərlərinə sıx raket hücumları təşkil edirlər. Bu hücumların raket əleyhinə müdafiə sistemliri ilə qarşısının alınmasına baxmayaraq, sərhəd şəhəri Nekran və Jazanın hədəfə götürüldüyü hücumlarda ölən və yaralananlar olur.

 

 



Әlaqәli Xәbәrlәr