S. Ərəbistanı ilə Böyük Britaniya  arasında yeni  addımlar atılır

S. Ərəbistanı Vəliəhd Şahzadəsi  Məhəmməd Bin Səlman, Böyük Britaniyaya səfəri zamanı bu ölkənin Baş naziri xanım Theresa May ilə görüşüb.

925169
S. Ərəbistanı ilə Böyük Britaniya  arasında yeni  addımlar atılır

Baş nazirin ofisindən yayılan açıqlamada: Vəliəhd Şahzadə Səlmanın səfəri zamanı paytaxt Londonda " B.Britaniya -Səudiyyə Ərəbistanı Strateji Tərəfdaşlıq Şurası yığıncağı keçirilib. Baş nazir May və Şahzadə Səlmanın başçılıq etdiyi İclasda iki ölkə arasında investisiya və ticarət həcminin mərhələli olaraq 65 milyard sterlinqə qaldırılması mövzusunda razılıq əldə edilib. Bu da Brexit (Böyük Britaniyanın Avropa İttifaqından ayrılması) sonrasında da İngiltərə iqtisadiyyatına etimadın göstəricisidir.

Açıqlamaya görə, iki ölkə arasında investisiya əlaqələrinə təhsil, maliyyə xidmətləri, mədəniyyət, əyləncə, səhiyyə, elm və texnologiya ilə müdafiə sənayesi sahələrində üstünlük veriləcək. İran və İraqın da müzakirə olunduğu iclasda Yəməndəki hümanitar vəziyyətdən ingiltərənin narahatlıq duyduğu vurğulanıb



Әlaqәli Xәbәrlәr