"Rəsmi Ankaranın narahatlıqlarını başa düşürük", F.Moqerini

Fransanın Strasbourg şəhərində davam edən Avropa Parlamentinin ümumi iclasında  Türkiyə və Afrin mövzulu yığıncaq təşkil edildi.

905173
"Rəsmi Ankaranın narahatlıqlarını başa düşürük", F.Moqerini

Fransanın Strasbourg şəhərində davam edən Avropa Parlamentinin ümumi iclasında  Türkiyə və Afrin mövzulu yığıncaq təşkil edildi.

Yığıncaqda çıxış edən Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini (Federica Mogherini) Suriya sərhədindəki vətəndaşlarının təhlükəsizliyini təmin etməyin Türkiyənin bir haq və vəzifəsi olduğunu, Ankaranın narahatlıqlarını başa düşdüklərini söylədi.

Moqerini Suriyada davam edən “Zeytun Budağı” əməliyyatı və Türkiyədəki son vəziyyətə toxunaraq dedi ki, Türkiyə ilə əməkdaşlıqda hər zaman dürüst və açıq olduq. Qəbul etmək lazımdır ki, Türkiyə inanılmaz sınaqlardan keçir. Terror, ani bir çevriliş cəhdi, miqrant böhranı və sərhəddənkənar həyata keçirilən əməliyyatla qarşı-qarşıyadır. Başda sərhəd məntəqələrində baş verənlər olmaqla, biz Türkiyənin narahatlıqlarını başa düşürük. Türkiyənin Suriya sərhədində yaşayan vətəndaşlarının təhlükəsizliyini təmin etmək haqqıdır və vəzifəsidir. Yeni bir cəbhə açıldı və humanitar yardımların çatdırılması və dinc sakinlərin qorunması məsələsinə əhəmiyyət verilməlidir.

Türkiyənin Suriyada hərbi əməliyyata başladığı gündən bəridir prosesi yaxından izlədiklərini qeyd edən Moqerini “Suriyanın şimalında açılan yeni cəbhəyə görə dərin narahatlıq duyuruq. Hər şeydən əvvəl humanitar məsələlərə görə narahatıq.” dedi.

Moqerini onu da vurğuladı ki, toqquşmaların Suriya daxilində tarazlığı pozma təhlükəsi var. Şiddətin artması toqquşmalara siyasi həlli ləngidə bilər. Cenevrədəki müzakirələrdə BMT-yə dəstək olunması üçün səy göstərilməli, bütün narahatlıqlar dilə gətirilməlidir. Suriyadakı müharibə başa çatmayıb. Ölüm halları davam edir.

Suriyada yeni cəbhə açmağın Türkiyəni daha təhlükəsiz hala gətirməyəcəyini irəli sürən Moqerini bu təhlükəsizliyin, ancaq müzakirə edilmiş siyasi həll yolu ilə təmin edilə biləcəyini vurğulamışdır.

Yığıncaqda daha sonra Avropa Parlamentindəki siyasi qrupların nümayəndələri və üzvlər çıxış ediblər.

Ümumi iclasda müzakirə edilən mövzulara dair qərar layihəsinin cümə axşamı günü səsə qoyulması üçün təqdim ediləcəyi bildirilib.



Әlaqәli Xәbәrlәr