ABŞ-ın PKK etirafı

ABŞ Dövlət Departamentinin sözçüsü Hedır Noyert (Heather Nauert) Suriyanın Afrin bölgəsilə əlaqəli açıqlama verərkən “YPG” əvəzinə birbaşa “PKK” sözündən istifadə etdi.

897394
ABŞ-ın PKK etirafı

ABŞ Dövlət Departamentinin sözçüsü Hedır Noyert (Heather Nauert) Suriyanın Afrin bölgəsilə əlaqəli açıqlama verərkən “YPG” əvəzinə birbaşa “PKK” sözündən istifadə etdi.

Sözçü mətbuata açıqlamasında “Türkiyə diqqətini DEAŞ-dan PKK”-ya çevirdi” dedi və bölgədəki gərginliyin azaldılmasını istədiklərini, Suriyanın şimal-qərbində yeni bir problem sahəsinin ortaya çıxmasını istəmədiklərini dilə gətirdi.

Digər tərəfdən  rəsmi Vaşinqtonun ziddiyyətli açıqlamalarına daha bir yenisi əlavə olundu.

Belə ki, ABŞ Müdafiə Nazirliyi təhlükəsiz bölgə mövzusunda Dövlət katibi Reks Tillersonu (RexTillerson) təkzib etdi.

ABŞ Baş Qərargah Rəisliyinin sözçüsü Kenet Makenzi (Kenneth McKenzie) Türkiyə ilə “ehtimal olunan təhlükəsiz bölgə mövzusunda” danıqışların bir neçə ildir davam etdiyini söylədi.

Fərat çayının şimal-qərbindəki PYD/PKK ünsürlərinə verdikləri silahları da təqib etdiklərini irəli sürən Makenzi təşkilata verilən silahlar barədə da Türkiyə ilə danışıqları davam etdirdiklərini dilə gətirdi.



Әlaqәli Xәbәrlәr