“Suriya xalqı öz problemlərini özü həll edə bilsə daha yaxşı olardı”, A.Quterreş

BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın Suriyada sözdə "Suriya Sərhəd Təhlükəsizliyi Qüvvəsi" qurma planına münasibət bildirib.

889980
“Suriya xalqı öz problemlərini özü həll edə bilsə daha yaxşı olardı”, A.Quterreş

BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın Suriyada sözdə "Suriya Sərhəd Təhlükəsizliyi Qüvvəsi" qurma planına münasibət bildirərək “Suriya xalqı öz problemlərini özü həll edə bilsə daha yaxşı olardı” deyib.

Baş katib BMT-nin mənzil-qərargahında təşkil etdiyi mətbuat konfransında gündəmə dair suallara cavab verərək deyib ki, beynəlxalq ictimaiyyətin bununla bağlı müxtəlif səylərindən nəticə çıxmadı. Orta Şərqdə həllini tapmayan problemə ilə Koreya yarımadasında ehtimal olunan bir nüvə müharibə ilə qarşı-qarşıyayıq.

İqlim dəyişikliyinin sürətlə irəlilədiyi, tarazsızlıqların, millətçiliyin artığı barədə xəbərdarlıq  edən Quterreş bugünkü problemlər qarşısında daha az nifrət, daha çox dialoq və daha çox beynəlxalq əməkdaşlığa çağırıb.

Baş katib Anadolu xəbər agentliyi müxbirinin ABŞ-ın Suriyada sözdə " “Sərhəd Təhlükəsizliyi Qüvvəsi" qurma planına dair sualına “Suriya xalqı öz problemlərini özü həll edə bilsə daha yaxşı olardı”-deyə cavab verib.

Cenevrə prosesinin canlandırılması üçün hər növ cəhdin göstərilməsinin vacibliyini dilə gətirən Quterreş Suriyadakı böhranın hərbi yollardan həllinin mümkün olmayacağını ifadə edib.



Әlaqәli Xәbәrlәr