ABŞ-ın vitse-prezidenti Mike Pence Yaxın Şərqə səfər  edəcək

Ağ Evin mətbuat xidmətindən verilən məlumata görə, Pence, 20-23 yanvar tarixləri arasında Misir, İordaniya və İsraildə səfərdə olacaq.

884433
ABŞ-ın vitse-prezidenti Mike Pence Yaxın Şərqə səfər  edəcək

19 Yanvarda Vaşinqtondan ayrılacaq olan vetse-prezident 20 Yanvarda Misirdə olacaq.

Pence, Misirə səfəri çərçivəsində prezident Abdülfəttah Əl Sisi ilə bir araya gəldikdən sonra İordaniyaya yola düşəcək.

21 Yanvarda İordaniya Kralı 2-ci Abdullah ilə görüşəcək olan Pence, 22-23 yanvar tarixlərində isə İsraildə olacaq. O, İsrail prezidenti Reuven Rivlin və Baş nazir Binyamin Netanyahu ilə bir araya gələcək. İsrail parlamentində çıxış edəcək. Yad Vashem ilə Ağlama divarını da ziyarət edəcək.

Qeyd edək ki, Fələstin rəhbərliyi Vaşinqtonun Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq ABŞ-ın vitse-prezidenti ilə görüşməkdən imtina edib.

 



Әlaqәli Xәbәrlәr