Donald Trampın Qüds ilə əlaqəli sözlərinə reaksiya göstərilməkdə davam edir

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıma planına göstərilən reaksiyalar davam edir.

862523
Donald Trampın Qüds ilə əlaqəli sözlərinə reaksiya göstərilməkdə davam edir

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıma planına göstərilən reaksiyalar davam edir.

Başda İslam dünyası olmaqla müxtəlif beynəlxalq təşkilat və ölkələr bu plana etirazını bildirərək, Trampa bu istiqamətdə qəbul ediləcək bir qərarın Fələstin və bölgədə ciddi şiddət prosesinin yaranacağına dair xəbərdarlıq etdi.

Müsəlmanların ilk qibləsi olan və xristianlar ilə yəhudilər tərəfindən də müqəddəs qəbul edilən Qüdslə əlaqəli Trampın təhlükəli planına indiyədək heç bir ölkə dəstək vermədi.

İsrailin KİV-i dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Trampın sözlərilə əlaqəli açıqlamalarını son dəqiqə xəbəri kimi çatdırdı.

Ərdoğan Qüdsün müsəlmanların “Qırmızı xətti” olduğunu bildirmiş, bunun adi məsələ olmadığını vurğulayaraq, bütün İslam aləmini Qüds üçün hərəkətə keçirəcəklərini söyləmişdi.

Fransa prezidenti Emmanuel Macron ABŞ-ın təktərəfli olaraq Qüdsü İsrailin paytaxtı kimi tanıma ehtimalının narahatlıq doğurduğunu söyləyib.

Mərakeş Kralı 6-cı Məhəmməd Trampa ismarıc verərək, Qüdsün İsrailin paytaxtı kimi tanıyacaqları barədəki iddialardan duyduğu narahatlığı dilə gətirib.

İraqın baş naziri Heydər əl-İbadi ABŞ-ın planının pis nəticələr doğura biləcəyinə dair xəbərdarlıq edib.

“Bu qərar ABŞ-ın bacarıqsızlığının göstəricisidir. ABŞ Fələstinlə bağlı istək və planlarını həyata keçirməkdə acizdir. Fələstinlilər azad olacaq, Fələstin zəfər çalacaq”, - İranın dini lideri Ayətullah Əli Xamənei vurğulayıb. 

Xamənei bunu özünün internet saytında açıqlayıb.

İordaniya Kralı Abdullah paytaxtı Şərqi Qüds olan bir Fələstin dövlətinin qurulmasına imkan yaradacaq genişmiqyaslı həll yolundan başqa hər hansı qərarın qəbul edilməsinin təhlükələrinə dair xəbərdarlıq edərək, Qüdsün bölgədəki və dünyadaki sülh və sabitliyin açarı olduğunu dilə gətirib.

Tunis də Qüdsün qanuni və tarixi statusunun mühafizə edilməsinin məcburi olduğunu vurğulayıb.

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Trampla telefon danışığında ABŞ-ın təşəbbüsünün sülh müzakirələrinə zərbə vuracağı və bölgədə gərginliyi dərinləşdirəcəyinə dair xəbərdarlıq edib.

Avropa İttifaqı Qüdsün statusunda dəyişikliyə səbəb olacaq hər hansı bir qərar yaxud da təktərəfli addımın dünya miqyasında əks-sədaları olacağına dair xəbərdarlıq edib.

Ərəb Birliyinin baş katibi Əhməd Əbu Geyt Qüdsün gələcəyilə oynanmamasının vacibliyini dilə gətirib.

Sudan Alimlər Birliyinin açıqlamasında təşəbbüslərin qeyri-qanuni və qüvvədə olmayan sözlər olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr