Hindistanda istilik elektrik stansiyasında partlayış olub, 8 nəfər ölüb

Hindistanın Uttar-Pradeş ştatında istilik elektrik stansiyasında partlayış baş verib.

838975
Hindistanda istilik elektrik stansiyasında partlayış olub, 8 nəfər ölüb

Hindistanın Uttar-Pradeş ştatında istilik elektrik stansiyasında partlayış baş verib.

Məlumata  görə, insident  NTPC şirkətinə məxsus müəssisədə qeydə alınıb.

Hadisə nəticəsində 8 nəfər ölüb, 100-dək insan müxtəlif dərəcəli xəsarət alıb. İlkin məlumata əsasən, istilik elektrik stansiyasında su qızdırıcı qazan partlayıb.

Qeyd olunur ki, Uttar-Pradeş ştatındakı istilik elektrik stansiyası 1988-ci ildə istifadəyə verilib.



Әlaqәli Xәbәrlәr