"Green Card"la ABŞ-a getmə qadağan olunur

ABŞ prezidenti bunu noyabrın 1-də Nyu-Yorkda Ağ Evdə mətbuat nümayəndələrinə verdiyi məlumatda bildirib.

838994
"Green Card"la ABŞ-a getmə qadağan olunur

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Nyu-Yorkda furqonunu velosiped yolundakı insanların üstünə sürərək 8 nəfərin ölümünə səbəb olan cinayətkarı ölkəsinin Quantanamo Körfəzindəki əsir düşərgəsinə göndərəcəyini deyib.

  ABŞ prezidenti bunu noyabrın 1-də Nyu-Yorkda Ağ Evdə mətbuat nümayəndələrinə verdiyi məlumatda bildirib.

  Nyu-York polisi tərəfindən adı Sayfullo (Seyfulla) Saipov olaraq açıqlanan cinayətkar ABŞ-a "Green Card" sahibi olaraq 2010-cu ildə gəlib.

  Bununla əlaqədar D.Tramp deyib:

  “Müxtəlif Mühacir Viza Proqramının sona çatdırılması prosesinə başlayıram. Konqresdən bu proqramdan xilas olmağımız üçün lazımi prosesə dərhal başlamağı istəyəcəyəm. Sözügedən proqramın adı qulağa xoş gəlir, ancaq ABŞ-a xoş deyil.

  Biz qabiliyyətə əsaslanan bir proqrama keçilməsini istəyirik. Bu ölkəyə insanlar qabiliyyətlərinə görə gəlməlidirlər. Qaçqın zəncirindən (“Green Card” almağa haqq qazanan bir adamın ailəsindən və yaxınlarından başqa şəxsləri də ABŞ-a gətirəbilmə) xilas olmalıyıq. Konqresdə hazırda bu qaçqın zənciri proqramını sona çatdırmaq məqsədlilə layihələr işlənilir.  İndi bu proqramdan tamamilə qurtulmaq istəyirik".

  Sözügedən paketin içərisində bir çox yaxşı qanunun da olduğunu bilidirən D.Tramp layihə planının Demokratlar Partiyası tərəfindən dayandırılmasından şikayətləndi.

  Qeyd edək ki, S.Saipov özü ilə birlikdə eyni köçkün zənciri xəttilə 23 nəfəri fə ABŞ-a gətirib. Bu adamlar da istintaqa cəlb edilib.



Әlaqәli Xәbәrlәr