"Fələstin problemi həll olunmadan bu işlər mümkün deyil", R.Hamdallah

Rami Hamdallah Qərbi İordaniyada yerləşən Ramallah şəhərində Fələstin Baş Nazirlik binasında Yeni Zelandiyanın Bələdiyyə sədri Patsu Reddi ilə bir araya gəlib.

838970
"Fələstin problemi həll olunmadan bu işlər mümkün deyil", R.Hamdallah

  Fələstinin Baş naziri Rami Hamdallah Fələstin problemi həll olunmadan regionda sülh və sabitliyin təmin edilməsinin mümkün olmadığını vurğulayıb.

  Rami Hamdallah Qərbi İordaniyada yerləşən Ramallah şəhərində Fələstin Baş Nazirlik binasında Yeni Zelandiyanın Bələdiyyə sədri Patsu Reddi ilə bir araya gəlib.

 Fələstin Baş Nazirliyindən verilən yazılı məlumata görə, R.Hamdallah R.Reddi ilə keçirdiyi görüşdə Fələstinlə bağlı son proseslər və Fələstin tərəfindən davam edən barış səylərindən danışaraq deyib: “İsrailin sülhə cəlb etmək üçün beynəlxalq birliklərə müraciət etmişik. Fələstin problemi həll olunmadan regionda sülh və sabitliyin təmin olunması mümkün deyil. İsrail isə yəhudi yaşayış məntəqələri inşa etməklə və nüfuz dairəsini genişləndirməklə işğal etdiyi yerlərdə hərbi varlığını gücləndirməkdədir.  Məsələnin həlli iki dövlətli nəticədir. Beynəlxalq cəmiyyət İsrail hökumətinə təzyiq edərək sülhün təsis edilməsi üçün tələbləri yerinə yetirməni təmin etməlidir... Yeni Zelandiyanı bir çox beynəlxalq toplantılarda Fələstinin lehinə etdiyi səs verdiyi və Fələstin probleminin həll edilməsinə dəstəyi verdiyi üçün təşəkkür edirik”.



Әlaqәli Xәbәrlәr