Avstriyada keçirilən parlament seçkilərinin qalibi mərkəzçi-mühafizəkarlar oldu

Avstriyada keçirilən parlament seçkilərində mərkəzçi-mühafizəkarlar qalib gəldilər.

827344
Avstriyada keçirilən parlament seçkilərinin qalibi mərkəzçi-mühafizəkarlar oldu

Oktyabrın 15-də Avstriyada keçirilən növbədənkənar parlament seçkilərində mərkəzçi-mühafizəkar Avstriya Xalq Partiyası qalib gəldi.

Seçki məntəqələri bağlandıqdan sonra elan edilən ilkin nəticələrə əsasən, vitse-kansler və xarici işlər naziri 31 yaşlı Sebastian Kurtsun başçılıq etdiyi Avstriya Xalq Partiyası seçicilərin 31,6 faizinin rəğbətini qazanaraq, seçkilərdə qalib gəlmişdir.

Federal kansler Kristian Kernin rəhbərlik etdiyi Avstriya Sosial-Demokratlar Partiyası isə seçkilərdə uğursuz nəticə göstərdi və 26,9 faizlə ikinci yerdə qərarlaşdı.

Sağçı-populist Avstriya Azadlıq Partiyası isə 26 faiz səslə üçüncü ən güclü siyasi qüvvə olduğunu təsdiqlədi və Avstriya Xalq Partiyası ilə koalisiya danışıqlarına girmək üçün əlverişli mövqe qazandı.

1986-cı ildən bəri Avstriya parlamentində təmsil olunan Yaşıllar Partiyası cəmi 3,9 faiz səs topladı. 

Parlamentdə təmsil olunmaq üçün dörd faizlik həddi keçən digər partiyalar isə NEOS (5,1 faiz) və "Peter Piltsin siyahısı" (4,3 faiz) oldu.



Әlaqәli Xәbәrlәr