Qazaxıstandan Çinə təbii qaz ixracatı başlayır

İki ölkə arasında imzalanan müqaviləyə görə Qazaxıstan hər il Çinə 5 milyard kubmetr təbii qaz ixrac edəcək

819064
Qazaxıstandan Çinə təbii qaz ixracatı başlayır

Qazaxıstanın təbii qaz şirkəti Kaztransqaz bu barədə yaydığı məlumatda təbii qaz ixracatına 15 oktyabrda başlanmasının planlaşdırıldığı qeyd edilib. PetroChina və Kaztransqaz AŞ arasında müqavilənin imzalanması ilə reallaşdırılacaq ixracatdan bir milyard dollar gəlir əldə ediləcəyi proqnozlaşdırılır.

Məlumata görə Qazaxıstanın qərb ərazilərindəki təbii qaz Horgos sərhəd məntəqəsindən Çinə çatdırılacaq.

Kaztransqaz şirkətinin bəyanatında bildirilib ki, şirkət Qazaxıstanın yeni Avrasiya logistika infrastrukturunun inkişafına dair strateji plana uygun fəaliyyət edir. Çinə təbii qaz ixracatı iki ölkə arasındakı münasibətlərə töhfə verəcək.



Әlaqәli Xәbәrlәr