Rusiya İraqın kürd muxtar bölgəsinə aid neft layihəsindən imtina etdi

Rusiyanın enerji nəhəngi Qazpromun daxilindəki "Gazprom Neft Middle East"in  baş direktoru Sergey Petrov İraqın kürd muxtar bölgəsindəki Haləpçə neft quyusunu açmaq layihəsindən imtina etdiklərini bildirdi.

816524

Rusiya mətbuatına müsahibə verən Petrov bölgədə neft quyusu açmağın çətinliyi və minalı ərazinin olması ehtimalı səbəbindən bu qərara gəldiklərini söylədi.

Baş direktor:" Haləbçə 2 min metr yüksəklikdəki dağlıq bölgədə yerləşir. Bölgədə infrastruktur yoxdur, son toqquşmalardan qalan minalanmış ərazilər var. Geosiyasi qeyri-müəyyənlikləri aradan qaldırmaq üçün ciddi bir yatırıma ehtiyac var. Lakin bunların risk dərəcəsi yüksəkdir və şirkət həddindən artıq riskli bölgəlrədə fəaliyyət göstərməyə hazir deyil" dedi.

Әlaqәli Xәbәrlәr