BMT nümayəndəsi İdlibdə mülki vətəndaşları hədəf almamağa çağırdı

Birləşmiş Millətlər Təşkilatının xüsusi nümayəndəsi Staffan de Misturanın məsləhətçisi Jan Egeland Əsəd rejimini, Rusiyanı, terror təşkilatı DEAŞ-ı və digər Qərb koalisiya qüvvələrini mülki vətəndaşları hədəf almamağa çağırdı.

816481
BMT nümayəndəsi İdlibdə mülki vətəndaşları hədəf almamağa çağırdı

Birləşmiş Millətlər Təşkilatının xüsusi nümayəndəsi Staffan de Misturanın məsləhətçisi Jan Elegand Beynəlxalq Suriyaya Dəstək Qrupunun BMT-nin  Cenevrə ofisində keçirdiyi  toplantısından sonra mətbuat konfransı keçirdi.

Elegand mətbuat konfransında İdlibin  Suriya daxilində evlərini tərk etmiş mülki vətəndaşların yaşadığı düşərgələrlə dolu olduğunu qeyd etdi, buradakı insanlara humanitar yardımların fasiləsiz olaraq davam etdirilməsinin vacibliyini vurğuladı.

Məsləhətçi BMT və tərəfdaşlarının Suriyada hər ay 7-9 milyon vətəndaşa humanitar yardımı çatdırdıqları barədə məlumat verdi, lakin bəzi bölgələrdə vətəndaşların və humanitar yardımı gətirən işçilərin təhlükəsizliyini təmin edə bilmədiklərini də etiraf etdi.

Jan Elegand yalnız keçən həftə 500 min insana xidmət edən az 5 xəstəxananın hücuma məruz qaldığını bildirdi, Əsəd rejimini, Rusiyanı, terror təşkilatı DEAŞ-ı və digər Qərb koalisiya qüvvələrini mülki vətəndaşları hədəf almamağa çağırdı.

Qeyd edək ki, sentyabrın 19-dan bu günədək Rusiya və Bəşər Əsəd rejimi tərəfində keçirilən hava əməliyyatlarında ən az 83 mülki vətəndaş həlak olub.

 

 



Әlaqәli Xәbәrlәr