Efiopiya sentyabrda yeni ilini qeyd edir

Miladi təqvimindən 7-8 il geridə qalan, özünəməxsus günəş təqvimini qeyd edən Efiopiya xalqı yeni il bayramını qeyd edir.

805168
Efiopiya sentyabrda yeni ilini qeyd edir

   Misirdəki Kıpti xristianlarının istifadə etdiyi təqvimə bənzəyən Efiopiya təqvimində 30 gündən ibarət 12 ay və 5-6 gündən ibarət 13-cü ay var.  Bu təqvimə görə, Efiopiyada yeni il hər ilin 11 və ya 12 sentyabr tarixlərində başlanır.  

  Özünxas cədvəllə yanaşı Efiopiyanın fərqli saat sistemi də var ki, bu, 12 saatlıq iki fərqli hissədən ibarətdir. Birinci saat qurşağı günə sübh 6-da, ikindi saat qurşağı isə 18.00-da başlayır.

  Efiopiya təqvimi Həbəş və Efiopiya xristianları üçün də dini təqvim sayılır.

  Dünyanın ən sürətlə artan iqtisadiyyatlarından biri olan Efiopiyada yoxsulluğa son qoyulmağa gedilsə də, ölkədə etnik parçalanma böyük narahatlıq duyurur. Ölkənin Oromo və Amhara əyalətlərində keçən il olan nümayişlərdə 700-ə yaxın insan həyatını itirmiş, minlərlə adam həbs olunmuşdu. Eyni bölgələrdə vaxtaşırı baş verən hadisələr hələ də gərginliyin davam etməsinə aparır.

  Qeyd edək ki, Efiopiya Əddis-Əbəbə və Dire Dava - iki şəhər mərkəzli, fərqli etnik mənşəli 9 fərqli əyalətdən ibarətdir.



Әlaqәli Xәbәrlәr