BMT Təhlükəsizlik Şurası arakanlı müsəlmanların vəziyyətini müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası Myanmadakı arakanlı müsəlmanlara qarşı zorakılıq hadisələrini müzakirə etmək üçün səntyabrın 13-də yığıncaq keçirəcək.

805260

Bunu İngiltərənin BMT-dəki daimi nümayəndəsi Matthew Rycroft jurnalistlərə açıqlamasında deyib.

Nümayəndə İngiltərə və İsveçin Arakanda davam edən və təşviş yaradan zorakılıq hadisələrinə görə BMT Təhlükəsizlik Şurasının çərşənbə günü yığıncaq keçirməsini tələb etdiyini söyləyib.

Rycroft Şuraya üzv ölkələrin Arakandan qaçmağa cəhd edən xeyli sayda rohingyalının qarşı-qarşıya olduğu ağır vəziyyətdən narahat olduğunu dilə gətirib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə şiddət hadisələrindən qaçaraq Banqladeşə sığınan arakanlı müsəlmanların sayı 313 minə çatıb.

Myanma ordusunun silahlılarla mübarizəyə görə Arakan əyalətində avqustun 25-dən bəridir davam edən hücumlarında həyatını itirən müsəlmanların sayının minlərlə olduğu irəli sürülür.

Әlaqәli Xәbәrlәr