Somalidə canlı bomba hücumu

Somalidə terror təşkilatı Əş-Şəbabın hərbi mərkəzə təşkil etdiyi canlı bomba hücumunda  20-dən çox insan həlak oldu.

800521
Somalidə canlı bomba hücumu

Somalidə terror təşkilatı Əş-Şəbab canlı bomba hücumu törətdi.
 
 Cubaland muxtar bölgəsi polisinin verdiyi məlumata görə, Əş-Şəbab terrorçuları canlı  bomba hücumunu Kismayo şəhərinin şimalındakı Bula Gudud bölgəsində yerləşən hərbi mərkəzdə törədiblər.
 
 Hücumdan sonra çıxan qarşıdurmada hər iki tərəfdən 20-dən çox adam həlak olub.
 
Bölgə sakinləri və bir jurnalıst  terrorçuların mərkəzi ələ keçirdiklərini söyləyirlər.
 
 Yaralanan 20-dən çox insan da Kismayo xəstəxanalarına  çatdırılıb.

 



Әlaqәli Xәbәrlәr