Burkina-Fasoda törәdilәn hücumda 28 nәfәr ölüb, 8 nәfәr dә yaralanıb

Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində  bir restorana tәşkil edilәn silahlı hücum nәticәsindә  28 nәfәr ölüb, 8 nәfәr dә yaralanıb.

789174

Nu barәdә rabitә naziri vә hökumәt sözcüsü Remis Dandjinu  mәlumat verib.

O, hücum nәticәsindә 1-i Türk olmaqla 28 nәfәrin hәlak olduğunu, 8 nәfәrindә yaralandığını qeyd edib.

Qeyd edәk ki, hücuma görә mәsuliyyәti  hәlәlik öz üzәrinә götürәn olmayıb.

Bu arada Türkiyә Burkina-Fasoda törәdilәn silahlı hücumu qınayıb.

Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada: ‘‘Törәdilәn hücumu qәti şәkildә pislәyirik’’ deyilir.

Açıqlamada hәmçinin  hücum nәticәsindә  1 Türk vәtәndaşının hәyatını itirdiyi, 1-nin dә yaralandığı bildirilib.

Әlaqәli Xәbәrlәr