Bilərəkdən yanğın çıxaran yanğınsöndürәnlәr saxlanılıb

İtaliyanın Siciliya bölgəsində daha çox pul qazanmaq üçün bilərəkdən yanğın çıxaran 15 könüllü yanğınsöndürən saxlanılıb.

785498
Bilərəkdən yanğın çıxaran yanğınsöndürәnlәr saxlanılıb

İtaliyanın Siciliya bölgəsində daha çox pul qazanmaq üçün bilərəkdən yanğın çıxaran 15 könüllü yanğınsöndürən saxlanılıb.

Əldə olunan məlumata görə, bölgədə temperaturun 40 dərəcəni keçməsini fürsət bilən yanğınsöndürənlər planlarını bir müddət davam etdiriblər.

Lakin, həmin könüllülərin digər yanğınsöndürənlərə nisbətən daha çox hadisə yerinə getməsi şübhə yaradıb və araşdırma aparılıb. Araşdırma nəticəsində həqiqət ortaya çıxıb.

Məlumata görə, İtaliyada könüllü yanğınsöndürənlər yanğın zamanı işlədikləri 1 saat üçün 10 avro pul alırlar



Әlaqәli Xәbәrlәr