Koalisiya qüvvələri Sananı vurdu

Koalisiya qüvvələri Yəmənin paytaxtı Sanada husilərə məxsus mövqelərə aylardan sonra hava hücumu etdi.

779076
Koalisiya qüvvələri Sananı vurdu

Koalisiya qüvvələri Yəmənin paytaxtı Sanada husilərə məxsus mövqelərə aylardan sonra hava hücumu etdi.

Səudiyyə Ərəbistanının başçılığındakı beynəlxalq koalisiya qüvvələri Yəmənin paytaxtı Sanada husilərə məxsus mövqelərə aylardan sonra hava hücumu təşkil edib.

Yəmən ərazilərindən Səudiyyə Ərəbistanının Məkkə bölgəsinə atılan ballistik raketin hava müdafiə sistemləri tərəfindən vurulmasından saatlar sonrapaytaxt Sanada gecə radələrində güclü partlayış səsləri eşidilib.  Hücumda Sananın şimalında husilərin nəzarətindəki Duleymi hava bazası ilə Atan dağındakı tədarük anbarları hədəf götürülüb.

Bu arada digər iki hərbi bölgəyə də hava hücumu olub.

Husilərə məxsus Əl-Məsirə televziya kanalı isə koalisiya qüvvələrinin sabiq lider Əli  Abdullah Salehin anadan olduğu Sehan qəsəbəsindəki Cerban kəndi ilə paytaxtın şimalındakı Amran şəhərinin Harf Süfyan ilə Hus qəsəbəsində husilərə məxsus mövqelərə 6 hava hücumu edildiyini bildirib.

Koalisiya qüvvələrinin davaha əvvəl yaydığı açıqlamada Yəmən ərazisindən atılan raketin Səudiyyə Ərəbistanının Məkkə şəhəri ətrafında vurulduyu bildirilmişdi.



Әlaqәli Xәbәrlәr