TSA Ciddə Beynəlxalq Hava Limanı reyslərinə qoyulan laptop qadağasını ləğv etdi

Amerika Birləşmiş Ştatları Nəqliyyat Təhlükəsizliyi İdarəsi (TSA) Səudiyyə Ərəbistanından olan birbaşa reyslərə qoyulan noutbuk qadağasını ləğv etdi.

772978
TSA Ciddə Beynəlxalq Hava Limanı reyslərinə qoyulan laptop qadağasını ləğv etdi

Amerika Birləşmiş Ştatları Nəqliyyat Təhlükəsizliyi İdarəsinin  Twitter hesabından yayılan məlumatda:" Ciddə Beynəlxalq Hava Limanında lazımi  təhlükəsizlik tədbirləri görülmüşdür. Artıq sərnişinlər təyarənin kabininə elektron cihazlarını keçirə biləcəklər" deyə bildirilir.
 
 Məlumatda bu qərarla ABŞ-a birbaşa uçuşlarda noutbuk qadağasına məruz olan hava yolu qalmadığı xatırladılır.
 
 ABŞ rəhbərliyi martın 21-də Yaxın Şərq və Afrikadan bu ölkəyə birbaşa reyslər həyata keçirən 9 hava yolu şirkətinə ABŞ uçuşlarında sərnişin kabinəsində cib telefonundan böyük elektron cihaz  daşınmasının qadağan edilməsinə dair qərar qəbul etmişdi.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Türk Hava Yollarına qarşı qadağanı iyulun 5-də ləğv etmişdi.
 
Ötən həftə Misir və Mərakeş Hava Yolları da qadağa tətbiq olunan hava yolları siyahısından çıxarılmışdı.



Әlaqәli Xәbәrlәr