"Hər lider öz fikrini açıq söyləməlidir”, A.Merkel

Almaniyanın Hamburq şəhərində dünən – iyulun 7-sində başlanan iki günlük G 20 Lider Zirvə Toplantısı davam edir.

766834
"Hər lider öz fikrini açıq söyləməlidir”, A.Merkel

  G 20 Sammitinin dövri sədri və Almaniya kansleri Angela Merkel tədbirin təşkil edildiyi Hamburq Sərgi Konqres Mərkəzində qonaqları qarşılayıb. Qarşılama mərasimindən sonra G 20 liderləri "Terrorla mübarizə" mövzulu yığıncaqda bir araya gəlib. Tədbirdə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, İngiltərənin Baş naziri Tereza Mey, Argentina prezidenti Maurisio Makri (Mauricio Macri) və ABŞ prezidenti Donald Tramp da iştirak edib. Ərdoğan, Tereza Mey və Tramp arasında qarşılıqlı söhbətlər olub.

  Mətbuata qapalı reallaşan yığıncaq təxminən 2 saat sürüb. Daha sonra liderlər "Qlobal İnkişaf və Ticarət" iş ilcasında iştirak ediblər.

  Açılış nitqində Angela Merkel deyib: “Milyonlarla insan G 20 liderlərinin dünyanın problemlərini həll edəcəyinə ümid bəsləyir. Bu ümidi doğrultmaq, yaxşı nəticələr əldə etmək üçün liderlərin səy göstərəcəyinə inanıram. Həll yolları yalnız qarşılıqlı razılıq yolları ilə mümkündür. Hər lider öz fikrini açıq söyləməlidir.”

  “Stabil inkişaf, iqlim və enerji” mövzulu ikinci iş toplantısından sonra liderlər və həyat yoldaşları “Elbphilharmonie” konsert salonunda klassik musiqi dinləməyə dəvət ediliblər.

  Sammitin ikinci günü, yəni bu gün “Afrika: tərəfdaşlıq, miqrasiya və sağlamlıq” mövzulu üçüncü iş konfransı olacaq. Sonra “Dijital dünya, qadınların tərəqqisi və məşğulluq” başlıqlı dördüncü iclas keçiriləcək. Yığıncaqlar başa çatdıqdan sonra jurnalistlər üçün mətbuat konfransı təşkil ediləcək.



Әlaqәli Xәbәrlәr