Uçuşlarda təhlükəsizlik tədbirləri gücləndirildi

ABŞ hökuməti xaricdən həyata keçirilən uçuşlarda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini elan edib.

761061
Uçuşlarda təhlükəsizlik tədbirləri gücləndirildi

ABŞ hökuməti xaricdən həyata keçirilən uçuşlarda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini elan edib.

ABŞ Daxili Milli Təhlükəsizlik naziri John Kelly paytaxt Vaşinqtonda bir tədbirdə etdiyi çıxışda mövzuya dair açıqlama verib. Nazir dünya miqyasında artan terror təhdidinə və hava limanlarında partladıla biləcək bombalara qarşı yeni tədbirlər gördüklərini söyləyib.

Kelly hər hansı ölkə  və yaxud da bölgə adı çəkmədən  uçuşların hamnısında "görünən və görünməyən təhlükəsizlik tədbirlərini artıracaqlarını vurğulayıb, ancaq detallar barədə məmulat verməyib.

Bu tədbirlər təyyarənin göyərtəsinə partlayıcı maddələrin keçirilməsinin qarşısını almaq üçün nəzərdə tutulub.

Bununla belə, yeni təhlükəsizlik tədbirlərində təyyarənin göyərtəsinə noutbuk keçirilməsinə qadağa qoyulmayıb.

Xatırladaq ki, bu ilin martında ABŞ Türkiyə, Mərakeş, İordaniya, Misir, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və Küveytdən edilən uçuşlarda təyyarənin göyərtəsinə smartfondan iri elektron cihazlar keçirilməsinə qadağan qoyub. Məlumata görə, belə cihazlarda bombanın maskalanması mümkündür.

Eyni zamanda, yeni təhlükəsizlik tədbirlərinə ABŞ-a uçuş təşkil edən 105 ölkənin hamısından olan reyslərdə yoxlamanın gücləndirilməsi daxildir.

Aviaşirkətlərə belə yoxlama tədbirlərinə tam hazırlaşmaq üçün üç ay müddət verilib, əks təqdirdə, onlara ABŞ-a uçuşlar həyata keçirmək qadağan edilə bilər.



Әlaqәli Xәbәrlәr