Trumpın viza qadağasına növbəti zərbə

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpın viza qadağasına dair sərəncamına bir zərbə də  San Francisco 9-cu Bölgə Kassasiya Məhkəməsindən gəldi.

751916
Trumpın viza qadağasına növbəti zərbə

ABŞ-da San Francisco 9-cu Bölgə Kassasiya Məhkəməsi Trump tərəfindən əhalinin əksəriyyəti müsəlman olan 6 ölkənin vətəndaşlarına qoyulan viza qadağasının dayandırılmasının davam edilməsi barədə qərar çıxardı.

Məhkəmə Trumpın viza qadağası ilə bağlı sərəncamında əhalisinin əksəriyyəti müsəlman olan bəzi ölkələrin hədəf alındığına diqqət çəkərək, bu sərəncamın müsəlmanlara yönəldildiyini qeyd etdi.
 
Yanvarın 27-dəki ilk viza tənzimləməsinin məhkəmədən geri qaytarılmaslndan sonra  6 martda Trumpın imzaladığı və 16 martda həyata keçirilməsi planlaşdırılan ikinci viza tənzimləməsi də Hawaii və Marylandin iki federal hakimi tərəfindən "dini ayrı-seçkilik" səbəbilə təxirə salınmışdı.
 
 ABŞ Ədliyyə Nazirliyi  sərəncamı  kassasiya məhkəməsinə və ABŞ Ali Məhkəməsinə daşıyaraq, onun qadağan olunması tələb etmişdi. Viza qadağasının tətbiq etməsi ilə bağlı son qərarın Ali Məhkəmə tərəfindən qısa müddətdə verilməsi gözlənilir.
 Trumpın ikinci viza tənzimləməsi barəsindəki sərəncamı əhalisinin əksəriyyəti müsəlman olan Suriya, İran, Liviya, Sudan, Somali və Yəmən vətəndaşlarına 3 ay boyunca yeni viza qadağasını,  ABŞ-ın qaçqın proqramının 4 aylığına təxirə salınmasını nəzərdə tuturdu.



Әlaqәli Xәbәrlәr