Keniyada yenə xolera aşkarlandı

Ölkənin şimalındakı qaçqın düşərgəsində 25 nəfərdə xolera təsbit edilib.

742188
Keniyada yenə xolera aşkarlandı

  Turkana əyalətinin səhiyyə müdiri Ceyn Ajel (Jane Ajele) ölkənin şimalında yerləşən Kakuma qaçqın düşərgəsində qalan 25 nəfəri karantin altına aldıqlarını bilıdirib. C.Ajelin söylədiyinə görə, “ Onlarda xolera virusu təyin olunub. Bu xəstələrin əksəriyyəti bir müddət əvvəl Cənubi Sudandan qaçaraq Keniyaya gələn, Dinkadan olan adamlardır. Xoleraya qarşı mübarizə üçün səhiyyə qrupları yaradılıb. Bunların bir qismi sərhəddə qaçqınlara nəzarət edir, digər qismi isə düşərgə içində axtarış apararaq onlara virusdan qorunma təlimatları verir."

  Keniya Səhiyyə Nazirliyi, başda paytaxt Nairobi olmaqla, ölkənin Qarissa, Tana River, Vihiqa, Mombasa və Kaimbu əyalətlərində xolera hadisələrinin müşahidə edildiyini, ölkə daxilində bura qədər 148 xəstənin aşkarlandığını bildiriblər.

  Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondunun (UNİSEF) məlumatına görə, Kakuma qaçqın düşərgəsində qalan 169.203 adamın 90.000-ini Cənubi Sudanlılar təşkil edir.

  Xatırladaq ki, Nayrobidə 19 mayda xolera virusu daşıdığı təsbit edilən 3 nəfər həyatını itirdikdən sonra əyalət daxilində epidemiya həyəcanı verilib.


Etiketlәr: #Keniya xolera

Әlaqәli Xәbәrlәr