"Əsəd olduğu müddətcə Suriyada sülh bərpa  edilə bilməyəcək"

Bəşər Əsəd iqtidarda olduğu müddətcə Suriyada sülhün bərpası geyri mümkündür. Bunu Ağ Evin sözçüsü Sean Spicer deyib.

710730
"Əsəd olduğu müddətcə Suriyada sülh bərpa  edilə bilməyəcək"

Sean Spicer, gündəlik mətbuat konfransında, öz xalqına qarşı kimyəvi silah istifadə edən bir rəhbərliyin ölkəsində sülhü bərpa etməsinin mümkün olmadığını ifadə edərək: “ABŞ 2-ci Dünya Döyüşündə belə kimyəvi silah istifadə etmədi. Hitler kimyəvi silah istifadə edəcək qədər alçalmadı. Ancaq bu sözüm Yəhudi soyqırımı (Holocaust) ilə müqayisə edilməməlidir. Qəsdim Əsəd-Hitleri müqayisə etmək deyil. Holocaust ya da Hitleri xatırlatdığım üçün ictimaiyyətdən üzr istəyirəm” deyə vurğulayıb.

Bəşər Əsəd rejiminə hər cür dəstəyi verən Rusiyanı isə “tarixin səhv tərəfində” dayanmaqda ittiham edən sözçü Spicer, Rusiyanın, Şimali Koreya, Suriya və İran ilə əməkdaşlıq etdiyini qeyd edib və Rusiya istisna olmaqla digər üç dövlətin uğursuz olduğunu ifadə edərək: “Rusiya özünü beynəlxalq cəmiyyətdən təcrid edir. Əsəd rejimi hazırda kimyəvi silahlara sahib olmamalıdır. Əlaqədar sənədi Rusiya da imzalayıb. Moskva Dəmuşqin kimyəvi silah istifadə etməsinin qarşısını almalıdır. ABŞ-ın Yaxın Şərqdəki əsas hədəfi terror təşkilatı DEAŞ-ı məhv etməkdir. İkinci hədəfimiz isə, Rusiya və digərlərinin dəstəyilə siyasi bir mühit yaradaraq, Suriyalıların özlərinə yeni bir lider seçmələrinin yolunu açmaqdır.



Әlaqәli Xәbәrlәr