Malala Yusufzay sülh elçisi təyin edildi

Nobel Sülh Mükafatı sahibi Malala Yusufzay, BMT-nin qız uşaqlarının təhsili üzrə sülh elçisi təyin edilib.

710017
Malala Yusufzay sülh elçisi təyin edildi

Malala Yusufzayın BMT-nin sülh elçisi təyin edilməsi münasibətiylə təşkil edilən mərasimə Malala Yusufzay, BMT baş katibi Antonio Guterres, diplomatlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və çox sayda qız şagird qatılıb.

BMT baş katibi Guterres, mərasimdəki çıxışında: “Malala gənc yaşda məşhur oldu. Baxmayaraq comərd və mütəvazi xarekteri dəyişmədi. Onun xüsusilə qaçqın düşərgələrinə gedərək qız uşaqlarını təhsil almağa təşviq  etməsi, onlara lazımlı dəstəyi verməsi təqdirə şayandır. Bu bir qəhrəmanlıq nümunəsidir. Malalanın enerji və fəallılığının BMT-nin hədəflərinə töhvə verəcəyinə inanıram və onu BMT-nin sülh elçisi təyin etməkdə qürur duyuram. BMT-nin indiyə dək təyin edilmiş ən gənc sülh elçisi Malala qız uşaqlarının təhsili ilə maraqlanacaq” deyə vurğulayıb.

Malala Yusufzay öz növbəsində: “Təhsil bütün uşaqların ən təbii və imtina edilməməsi lazım gələn haqqıdır. Radikallar bu fəaliyyətimə maneə törətmək üçün hər yolu sınadılar. Təhdid etdilər. Ancaq uğurlu ola bilmədilər. Bu mənim ikinci həyatım və bu həyatın məqsədi təhsildir. Bir  müsəlman  olaraq  bəzi   xüsuslar   məni   incidir. Media İslamı doğru əks   etdirmir.  Bu  da ən   böyük  xəyal  qırıqlığım. Dünyada 1,6 milyard müsəlman   yaşayır.  Bir   qrup  radikal  və  ifratçının     əməlləri  islama  əsaslandırılmamalıdır.  İslam sözünün mənası sülhdür. Quran-ı Kərimin   ilk   əmri   "oxu"dur. "Təhsil, təlim və yeni şeylər kəşf etmək İslamiyyətin bizim unutduğumuz açar elementləridir.  Müsəlman  olduğum  üçün  qürurluyam. Bütün  müsəlmanlar  terrora  qarşı  mübarizədə   əməkdaşlıq  etməlidir”  deyə qeyd  edib.

 



Әlaqәli Xәbәrlәr