Vaşinqton Suriya siyasətini açıqladı

ABŞ-ın BMT təmsilçisi Nikki Haley çıxışında deyib...

703716
Vaşinqton Suriya siyasətini açıqladı
sean_spicer.jpg

  Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Təşkilatdakı təmsilçisi, səfir Nikki Haley yeni Amerika hökumətinin fərqli prioritetlər təyin etdiyini və Bəşər Əsədin iqtidardan uzaqlaşdırılmasına əhəmiyyət vermədiyini bildirib.

  Haley BMT iclasında etdiyi çıxışında deyib: “Bəşər Əsəd sülh üçün maneələrdən biridir. Amma Donald Tramp rəhbərliyi Obama dövründəki kimi Suriya iqtidarından Əsədi uzaqlaşdırmağı düşünmür.”

  Xatırladaq ki, ABŞ Dövlət katibi Reks Tillerson Türkiyə görüşləri zamanı “Əsədin taleyini suriyalılar özləri təyin etməlidir” demişdi.

  Ağ Ev sözçüsü Şon Spayser (Sean Spicer) də Suriyada Bəşər Əsədin hökuməti ilə bağlı mövqeyin əvvəlki ABD hökumətindən fərqli olduğunu bildirmişdi.



Әlaqәli Xәbәrlәr