Suriya üzrə sülh danışıqları davam edir

Suriya üzrə sülh görüşləri çərçivəsində Suriya müxalifətini təmsil edən Nasır əl-Haririnin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Suriya üzrə xüsusi elçisi Steffan de Mistura və Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilovla görüşüb.

702002
Suriya üzrə sülh danışıqları davam edir

İsveçrənin Cenevrə şəhərində davam edən Suriya üzrə sülh görüşləri çərçivəsində Suriya müxalifətini təmsil edən Nasır əl-Haririnin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Suriya üzrə xüsusi elçisi Steffan de Mistura və Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilovla görüşüb.

BMT-nin Cenevrədəki qəragahında  təxminən 1 saat davam edən toplantıdan sonra Gatilov və Hariri ayrı-ayrılıqda  mətbuat konfransı keçiriblər.

Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov verdiyi açıqlamada danışıqların  çətin keçdiyini  və tərəflər arasında fikir ayrılıqlarının olduğunu bildirib.

Qatilov həmçinin tərəflərin danışıqlara davam etmək istədiyini hiss etdiyini də vurğulayıb.

Suriya  müxalifətini təmsil edən Nasir əl-Hariri də danışıqların  müsbət keçdiyini qeyd edərək: " İlk  dəfə azad, ədalətli və şəffaf seçkilərin  keçirilməsi məsələsini müzakirə etdik. Qarşıdakı görüşlərdə də bu məsələni ətraflı  müzakirə etməyi ümid edirik" deyib.



Әlaqәli Xәbәrlәr