Fransada prezidentliyə namizədin həyat yoldaşı barəsində cinayət işi qaldırıldı

Fransada mərkəz sağçıların prezidentliyə namizədi François Fillonun həyat yoldaşı Penelope Filon korrupsiyada günahlandırılaraq barəsində cinayət işi qaldırıldı.

701337

BFM kanalı ədliyyə mənbələrindən alaraq yaydığı xəbərdə dünən axşam ifadəsi alınan Penelope Filon barəsində " dövlət resurslarından sui-istifadədə əməkdaşlıq", "təşkilatın əmlakını sui-istifadəsində əməkdaşlıq" və "məqsədli dələduzluq" maddələri üzrə cinayət işi açıldığı bildirildi.

Daha əvvəl François Fillon üçün "dövlət resurslarəndan sui-istifadə, təşkilatın əmlakından sui-istifadə, bu cinayətlərin gizlədilməsi və vəzifədən sui-sitifadə" maddələri üzrə cinayət işi açılması barədə qərar qəbul edilmişdi.

Sonra cinayət işinə "məqsədli dələduzluq" və "sənədləri saxtalaşdırma" maddələri də əlavə olundu.

Əsas olaraq isə prokurorluğun korrupsiya qalmaqalının ortaya çıxmasından sonra Fillon və arvadının bəzi sənədlərin üzərində oynamalarına dair şübhələri göstərilir.

Әlaqәli Xәbәrlәr