ABŞ idmançısının Trampa “Açıq məktub”u

"Bu, artıq mənim tanıdığım Amerika deyil. Bu, dünyanın lider görmək və ilham almaq istədiyi Amerika deyil." İ.Məhəmməd

701239
ABŞ idmançısının Trampa “Açıq məktub”u

  Amerikalı hicablı idmançı Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampa “Açıq məktub” yazıb. Məktub “Time” jurnalının yeni sayında çap olunub.

  ABŞ-ı qılıncoynatma idman növündə Rio Olimpiadasında təmsil edərək bürünc medal qazanan müsəlman idmançı İbtihaj Məhəmməd məktubunda yazır:

  "Amerikanın azadlıq və ədalət adları altında icra olunan terror kampaniyalarından qorxuram.

  Olimpiadalarda ABŞ-ı təmsil etməyi ən böyük qürur hesab edirəm. Amma sizdən müsəlmanların qarşısındakı bir çox maneələrin qaldırılmasını istəyirəm.

  Mənim hicabıma görə qorxu və təhdid siqnalı təəssüratı yaradılır. Zənnimcə, siz “İslam bizə nifrət edir” ifadəsini işlətmisiniz. Bu sözlər qorxu və nifrətə təhrik edir, ibadət yerlərimiz və müsəlmanlara qarşı şiddət yaradır.

  Seçildiyiniz zaman hava limanında mənə zəng etdilər və “şübhəli” adlandırıldım. Nyu York küçələrində ölkəmə qayıtmam üçün söz atırlar. Bu, artıq mənim tanıdığım Amerika deyil. Bu, dünyanın lider görmək və ilham almaq istədiyi Amerika deyil.

  Terrorizmin köçlə heç bir əlaqəsi yoxdur. Yaradılan atmosfer Amerika cəmiyyətində ədalət və bərabərlik dəyərlərinə zərər verir.”



Әlaqәli Xәbәrlәr