Son 72 ilin ən böyük insan böhranı yaşandığı açıqlanıb

Qlobal olaraq müştərək səylər olmazsa, insanlar acından həyatını itirəcək. Bir çox adam isə daha çox acı çəkəcək və xəstəliklərdən öləcək.

689366
Son 72 ilin ən böyük insan böhranı yaşandığı açıqlanıb

  Birləşmiş Millətlər Təşkilatı dünyada son 72 ilin ən böyük insan böhranı yaşandığını açıqlayıb.

  BMT-nin Humanitar İşlər üzrə məsul katib müavini və Fövqəladə Vəziyyətlər koordinatoru Stefen Obrayn (Stephen O'Brien) Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə qıtlıq və acından 20 milyondan çox insanın qarşılaşdığı fəlakətin qarşısını almaq üçün iyul ayına qədər 4,4 milyard dollara ehtiyac olduğu bildirib. O deyib: “BMT-nin qurulduğu 1945-ci ildən bu yana ilk dəfədir ki, belə bir böhran yaşanır. Tarixin təhlükəli bir nöqtəsindəyik. Qlobal olaraq müştərək səylər olmazsa, insanlar acından həyatını itirəcək. Bir çox adam isə daha çox acı çəkəcək və xəstəliklərdən öləcək."

  BMT və Cənubi Sudan hökumətinin keçən ay hazırladığı ortaq yazılı hesabatda ölkədə 100 min adamın yaşadığı Unity əyalətinə bağlı iki bölgədə qıtlıq elan edilib, Cənubi Sudanda isə 4,9 milyon adamın təcili qida və su yardımına ehtiyacı olduğu bildirilib.

  Qeyd edək ki, BMT Uşaqlara Kömək Fondu (UNICEF) keçən ay Cənubi Sudan, Nigeriya, Somali və Yəmənin bəzi yerlərində təxminən 1,4 milyon uşağın qeyri-kafi bəslənmə, vətəndaş müharibəsi və qıtlıq üzündən ölüm təhdidi altında olduğunu açıqlamışdı.



Әlaqәli Xәbәrlәr