ABŞ-da məscidi havaya uçurmaqla hədələyən şəxs həbs olundu

Amerika Birləşmiş Ştatlarının Minnesota ştatındakı məscidi  havaya uçurmaqla hədələyən bir məktub göndərən ABŞ vətəndaşı George Fisher barəsində 1 il həbs qətimkan tədbiri seçildi.

687769

ABŞ Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamada Fisherin 2015-ci ilin sentyabr ayında Minneapolis şəhərindəki "Tofiq İslam Mərkəzi" adlı məscidə bir məktub göndərdiyi və məktubda "məscidi içindəki bütün miqrantlarla birlikdə partlatmaq" təhdidinin olduğu qeyd olunur.
 
 Açıqlamada müttəhimin 30 noyabr  2016-cı ildə keçirilən məhkəmə iclasında törətdiyi cinayəti etiraf etdiyii xatırladılır, məhkəmənin Fisheri 1 il həbs və 3 il də nəzarət cəzasına məhkum etdiyi ifadə edilir.
 
 Minnesota ştatının prokuror köməkçi  Tom Wheeler məhkəmə işi ilə bağlı açıqlamasında: "Bu cəza başqalarını dini inanclarına görə zorakılıqla təhdid edən hər kəsə açıq bir ismarıcdır" dedi.

Әlaqәli Xәbәrlәr