ABŞ-ın Havay ştatı yeni viza məhdudiyyətinə qarşı məhkəmə iddiası qaldırır

Amerika Birləşmiş Ştatlarının Havay ştatı prezident Donald Trumpın imzaladığı, 6 ölkə vətəndaşlarına viza məhdudiyyətini nəzərtə tutan tənzimlənmə barəsində məhkəmə iddiası qaldırır.

686996
ABŞ-ın Havay ştatı yeni viza məhdudiyyətinə qarşı məhkəmə iddiası qaldırır

Amerika Birləşmiş Ştatlarının Havay ştatı prezident Donald Trumpın imzaladığı, 6 ölkə vətəndaşlarına viza məhdudiyyətini nəzərtə tutan tənzimlənmə barəsində məhkəmə iddiası qaldırır.
 
 Havay vəkilləri əhalisinin əksəriyyəti bu tənzimləmənin dayandırılması üçün federal hakimə ərizə verməyə hazırlaşdıqlarını bildirdilər.
 
 CNN kanalına müsahibə verən vəkil Neal Katyal yeni imzalanan prezident sərəncamının əvvəlkinə nisbətən daha az insana təsir edəcəyindən əmin olmaq istədiklərini bildirərək: "Yeni viza məhdudiyyətinin də  konstitusion problemləri var" dedi.
 
Havay ştatı  çərşənbə günü (bu gün) rəsmi olaraq federal məhkəmədə iddia qaldıracaq.
 
 Trumpın bu həftə imzaladığı yeni viza tənzimləmələrinə dair Ağ Evdən verilən yazılı açıqlamada viza məhdudiyyəti tətbiq olunacaq ölkələrin İran, Suriya, Somali, Sudan, Yəmən və Liviya olduğu, İraqın isə siyahıdan çıxarıldığı bildirilir.
 
 Bundan başqa, ABŞ-ın 4 ay müddətində heç bir ölkədən qaçqın qəbul etməyəcəyi qeyd edilir.
 
 Yeni tənzimləmə 16 martdan etibarən tətbiq olunmağa başlayacaq.
 
 Dolald Trump viza məhdudiyyəti barədə ilk prezident  sərəncamını yanvarın 27-də imzalamışdı.
 
 Sərəncamdan sonra Washington  ştatının Seattle şəhərinin federal hakimi James Robart Trumpın əhalisinin əksəriyyəti müsəlman olan 7 ölkə vətəndaşlarına aid viza qadağasını ölkə daxilində müvəqqəti olaraq dayandırmaq barədə qərar çıxarmışdı.



Әlaqәli Xәbәrlәr