Pakistanda 6,3 bal gücündə zəlzələ qeydə alınıb

Pakistanın cənub-qərbində, Rixter şkalasına görə 6,3 bal gücündə zəlzələ olub.

667555
Pakistanda 6,3 bal gücündə zəlzələ qeydə alınıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Geologiya Araşdırmaları Təşkilatının məlumatına görə səhər radələrində baş verən zəlzələnin episentri Turbat şəhərinin 90 kilometr cənubu, dənizin 10 kilometr dərinliyi olaraq qeydə alınıb.

Pakistanın Oman dənizi sərhədiylə Bəlucistan əyalətindəki Gvadar, Pasni və Makram şəhərlərində də hiss edilən zəlzələ nəticəsində insan tələfatı və fəsad olub- olmadığı haqqında hələlik məlumat yoxdur.



Әlaqәli Xәbәrlәr