‘‘Suriya üzrә sülh danışıqlarının 2-ci turu bu ayın ortalarında Astanada keçirilәcәk’’

Bunu Qazaxıstanın XİN rәhbәri Kairat Abdrakhmanov  deyib.

667107
‘‘Suriya üzrә sülh danışıqlarının 2-ci turu bu ayın ortalarında Astanada keçirilәcәk’’

Qazaxıstan Xarici İşlər Naziri Kairat Abdrakhmanov  Suriya üzrә sülh danışıqlarının ikinci turunun bu ayın ortalarında paytaxt Astanada keçiriləcəyini deyib.

Astanada baş tutan  danışıqlarda iştirak edәn  Rusiya  nümayəndə heyətinin rəhbəri general-mayor Stanislav Gadzhimagomedov isə  danışıqlarin fevralın 15-16 tarixlәrindә keçirilməsinin planlaşdırıldığını bildirib.

Qazaxıstanın paytaxtı Astanada Rusiya, İran, Türkiyə və Birləşmiş Millətlər Tәşkilatının nümayəndələrin iştirakı ilə dünən texniki mәsәlәrlә bağlı   görüşlər keçirilmişdi.

Yanvar ayında Astanada başlayan danışıqlarda  Suriyada әldә olunan atәşkәs rejiminә  әmәl olunmasına nәzarәt edilmәsi mәsәlәsindә razılığa gәlinmişdi.

Suriya üzrә sülh danışıqlarının fevralın 20-dә BMT-nin rәhbәrliyindә davam etdirilmәsi gözlәnilir.



Әlaqәli Xәbәrlәr