Sergey Şoyqu hərbi hava qüvvələrində yoxlamalar aparır

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin əmri ilə hərbi hava qüvvələrində yoxlamalara başladığını bildirdi.

667245
Sergey Şoyqu hərbi hava qüvvələrində yoxlamalar aparır

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin əmri ilə hərbi hava qüvvələrində yoxlamalara başladığını bildirdi.
 
 Şoyqu rus mətbuatına verdiyi açıqlamada "ani yoxlama" çərçivəsində hava müdafiə sistemlərinin və hava qüvvələrinin mümkün hücumu dəfetmə hazırlığının yoxlanılacağını və bu çərçivədə bəzi təlim və treninqlər keçiriləcəyini bildirdi.
 
 Rus ordusunda 2011-ci ildən etibarən prezident  Vladimir Putinin sərəncamı ilə zaman-zaman ani reydlər keçirilir.
 
 Bu təlimlərin ordunun müharibəyə hazırlıq səviyyəsinin yoxlanılması və ordunun sülh zamanında döyüş qabiliyyətini itirməməsi üçün keçirildiyi qeyd edilir.



Әlaqәli Xәbәrlәr