Türkiyənin Trablus səfirliyi yenidən açıldı

Xarici İşlər Nazirliyinin mǝlumatına görǝ, Türkiyǝnin 2014-cü ildə Liviyada yaranan təhlükəsizlik problemi sǝbǝbindǝn fǝaliyyǝti dayandırılan sǝfirliyi 30 Yanvar 2017-dǝn etibarǝn yenidǝn açılıb.

661777
Türkiyənin Trablus səfirliyi yenidən açıldı

Nazirliyin açıqlamasında: “Xarici işlǝr naziri Mevlüt Çavuşoğlunun keçən il 30 May 2016-da Trablusa reallaşdırdığı sǝfǝri zamanı, 2014-cü ildə ölkǝdǝ təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbiylə fǝaliyyǝti dayandırılan Trablus səfirliyinin yenidǝn açılması prosesinin başladıldığı xatırladılmışdı. Bu günə qədər Tunisdə vǝzifǝ icra edǝn Trablus səfiri Ahmet Aydın Doğanın başçılığında sǝfirliyin yenidǝn açılmasına dair edilǝn hazırlıqlar nǝticǝsindǝ bu gün sǝfirlik yenidǝn açılıb.

Nazirliyin açıqlamasında, Türkiyənin, Liviyanın sülh və razılıq istiqamətində atacağı addımlara və qardaş Liviyanın ərazi bütövlüyü ilə milli vǝhdǝtinǝ güçlü dǝstǝyinin davam edǝcǝyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr