Misir Sanafir və Tiran adalarını Səudiyyə Ərəbistanına geri verir

Misir Sanafir və Tiran adalarını iki ölkə arasında təyin olunan yeni dəniz sərhədi razılaşması çərçivəsində Səudiyyə Ərəbistanına geri verir.

640724
Misir  Sanafir və Tiran adalarını Səudiyyə Ərəbistanına geri verir

Misir  daha əvvəl himayəsinə aldığı Sanafir və Tiran adalarını iki ölkə arasında təyin olunan yeni dəniz sərhədi razılaşması çərçivəsində Səudiyyə Ərəbistanına geri verir.

Qahirə hökuməti  adaların Riyad rəhbərliyinə verilməsi razılaşmasını təsdiqlədi.

66 ildir Misirin himayəsindəki adaların Səudiyyə Ərəbistanına verilməsi üçün məclisin təsdiqi gözlənilir.

Riyad rəhbərliyi  1950-ci ildə İsrailin hücum edəcəyi narahatlığı ilə adaların təhlükəsizliyinin təmin edilməsi üçün Misirin himayəsinə girməsini Misir rəhbərliyindən tələb etmişdi.

İki ölkə arasında İmzalanan razılaşma ilə adaların Səudiyyə Ərəbistanına verilməsi qərarlaşdırılmışdı.

Qırmızı dənizdə olan adaların Riyad rəhbərliyinə verilməsi  ictimaiyyətdə reaksiya ilə qarşılanmışdı.

Riyad  66 ildir Misirin himayəsindəki adaların Səud kral ailəsinə aid olduğunu ifadə edir.


Etiketlәr: #adalar

Әlaqәli Xәbәrlәr