Böyük Səhrada 37 ildən sonra ilk dəfə qar yağdı

Afrikanın Saxara səhrasına son 37 ildə ilk dəfə qar yağıb.

635844
Böyük Səhrada 37 ildən sonra ilk dəfə qar yağdı

Bölgədə nadir yağan qarı məşhur Atlas dağının ətəklərində görmək mümkün olub.

Əlcəzairin kiçik kəndi olan Ayn Səfrada həvəskar fotoqraf Karim Bouchetata Böyük Səhrada yağan qarın möhtəşəm şəkillərini çəkib.

Narıncı təpələrin ağ örpəyə büründüyü şəkillər dünya mediasında maraqla qarşılandı.

Bouchetata deyib ki, hər kəs özünü itirdi, çünki bu çox nadir haldır. Şəkil çəkmək üçün möhtəşəm bir səhnə kimi idi… Qar bir gün sonra əridi.

Türkiyədən təqribən 12 dəfə böyük olan Böyük Səhrada hündürlüyü 3 min metri aşan dağlar yerləşib.



Әlaqәli Xәbәrlәr