Fukuşima Atom Elektrik Stansiyasından yayılan radiasiya ABŞ sahillərinə çatıb

Yaponiyada 2011-ci ildə baş verən zəlzələ və sunamidən sonra zərər görən Fukuşima Atom Elektrik Stansiyasından ətrafa yayılan radiasiya Amerika Birləşmiş Ştatlarının sahillərinə çatıb.

627423

 Tədqiqatçılar Oregon ştatında Tillamook körfəzi və Gold sahilində dənizdən götürülən nümunələrdə Fukuşima Atom Elektrik Stansıyası fəlakətindən sonra ortaya çıxan "Sezium 134" adı verilən radioaktiv maddənin aşkar edildiyini açıqladılar.
 
 Çox aşağı səviyyədə olan radioaktiv maddənin insan sağlamlığına və ətraf mühitə təhlükə yaratmadığı bildirilir.
 
 Eyni növ radioaktiv maddə ilk olaraq Kanadanın British Columbia əyaləti sahillərində də görülmüşdü.
 
 Xatırladaq ki, Yaponiyada 11 Mart 2011-ci ildə olan 9 bal gücündəki zəlzələ və ondan sonra yaranan sunami Fukuşima Atom Elektrik Stansıyasında radioaktiv sızmaya səbəb olmuşdu.

Әlaqәli Xәbәrlәr