Vyetnamda, 4 mindən çox məhkum əfv edildi

Vyetnam prezident administrasiyası rǝsmilǝrindǝn Giang Son, Dövlət Başçısı Tran Dai Quang tərəfindən imzalanan iki sǝrǝncam çǝrçivǝsindǝ 4 min 384 məhkumun əfv edildiyini bildirib.

620562
Vyetnamda, 4 mindən çox məhkum əfv edildi

Giang Son mövzu  ilǝ  ǝlaqǝli    açıqlamada:  “əfv qərarı, partiyamız və Vyetnam Sosialist Respublikasının tolerantlıq siyasətini, həmçinin millətimizin hümanitar xüsusiyyǝtinin  göstǝricisidir” deyilib.  

Xarici işlər nazirinin müavini Ha Kim Ngocun  mǝlumatına  görǝ    ǝfv  qǝrarıyla 9-u Çinli, 3-ü Laoslu, 1-i Cənubi Koreyalı və biri dǝ  Avstraliyalı olmaqla 14 xarici məhkum da   azadlığa buraxılacaq.

Təhlükəsizlik səlahiyyətlisi Nguyen Van Thanh  da  əfv  qǝrarının  2-dekabrda   qüvvǝdǝ olacağını, hǝmin tarixdǝn etibarǝn  mǝhkumların  sǝrbǝst  buraxılacağını, hǝbsxanadan  çıxacaq  məhkumlar arasında milli təhlükəsizliyi təhdid   cinayǝtinǝ  görǝ  saxlanan Bui Xuan Kimin də  olduğunu qeyd edib.

 



Әlaqәli Xәbәrlәr