Nikolya Sarkozi ilkin seçkilərdə məğlub oldu

Fransada  sağ-mərkəzçilərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün ilkin seçkilәr keçirildi.

614358
Nikolya Sarkozi ilkin seçkilərdə məğlub oldu

Fransada  sağ-mərkəzçilərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün ilkin seçkilәr keçirildi.

Mәlumata görә, sabiq prezident Nikolya Sarkozi ilkin seçkilərdə məğlub oldu.

Seçkilərin ilkin nəticələrinə əsasən, Fransua Fiyon  42,8%, Alain Jüpe – 26 %, N.Sarkozi isə 24,4 % səs topladı.

Әldә olunan mәlumata görә, N.Sarkozi artıq məğlubiyyətini etiraf edib  vә seçkilərin ikinci turunda Fransua Fiyonun namizədliyini dəstəkləyəcəyini bəyan edib.

Respublikaçılar Partiyasının rəhbərlik etdiyi sağ-mərkəzçilərin ilkin seçkilər nəticəsində müəyyənləşdirəcəyi namizədi 2017-ci ildə keçiriləcək prezident seçkilərində sağ-mərkəzçilərin vahid namizədi olacaq.



Әlaqәli Xәbәrlәr