James Jeffrey:"Ərdoğan Donald Trumpı DEAŞ-la mübarizədə taktika dəyişdirməyə inandıra bilər"

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti seçilən Donald Trumpı terror təşkilatı DEAŞ-la mübarizədə taktika dəyişdirməyə inandıra bilər".

609012
James Jeffrey:"Ərdoğan Donald Trumpı DEAŞ-la mübarizədə taktika dəyişdirməyə inandıra bilər"


 Bunu ABŞ-ın Ankaradakı sabiq səfiri James Jeffrey söylədi.
 

 Həm George W. Bush, həm də Barack Obama dövründə Ankaraya akkreditə olunmuş və Milli Təhlükəsizlik Müşaviri vəkaləti də daxil olmaqla,  Washingtonda yüksək vəzifələrdə işləyən Jeffreyə görə, Trump rəhbərliyində ABŞ-ın Türkiyə siyasətində təsirli ola biləcək üç faktor var: İran və Rusiya ilə münasibətlər və DEAŞ ilə mübarizə.
 
 Keçmiş səfirə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Obamaya nisbətən daha uyumlu olan Trumpı DEAŞ ilə mübarizədə taktika dəyişdirməyə inandıra bilər: "Ərdoğan ilə Trump arasında Obama ilə olduğundan daha yaxşı bir anlaşma olacaq. Hər ikisi  işi bitirmək, müqavilələr əldə etmək istəyir".
 
 Hazırda think tank təşkilatı olan "Washington Institute"da Türkiyə və Orta Şərq mütəxəssisi vəzifəsində işləyən Jeffrey Trumpın 1999-cu ildən etibarın Pensilvaniyada yaşayan və Türkiyədəki 15 iyul dövlət çevrilişi cəhdinin arxasında olan Fətullah Gülənin qaytarılması məsələsində Ərdoğanın arqumentlərini dinləməyə daha həvəsli ola biləcəyini  düşünür.
 
 Jeffrey: "Məhkəmənin nə zaman qərar verəcəyini və ya bu qərarın müsbət olub- olmayacağını bilmirəm. Buna görə də, məncə, bir az riskə gedərək bu şəxsə bəzi məhdudiyyətlər tətbiq etməliyik. Bunu edə bilərik. Məncə, Trump o nöqtədə Ərdoğanın fikirlərini dinləməyə daha həvəsli ola bilər" dedi.



Әlaqәli Xәbәrlәr