Yaponiyada bir anda iki partlayış
Yaponiya televiziyası polisin hadisə yerində intihar hücumuyla bağlı material tapdığını bildirdi.
Yaponiyanın Utsunomiya şəhərindəki bir parkda eyni anda baş verən 2 partlayış nəticəsində bir adam həyatını itirdi, 3 nəfər isə yaralandı. Yaponiya televiziyası polisin hadisə yerində intihar hücumuyla bağlı material tapdığını bildirdi.
Yaponiyanın NHK World televiziyası yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildirib.
Partlayışdan sonra ətrafda olan avtomobillər istifadəsiz vəziyyətə düşüb, 2 maşın isə tamamilə yanıb.
Polis partlayışların eyni anda baş verdiyini, amma bu iki hadisə arasında 200 metr məsafə olduğunu bildirib. Partlayışın səbəbi açıqlanmayıb. Amma Yaponiya televiziyası polisin hadisə yerində intihar hücumuyla bağlı material tapdığını bildirib.
Hadisəylə əlaqədar parkda olacaq festival hazırlıqları da ləğv edilib.
Әlaqәli Xәbәrlәr
Volodimir Zelenski: ''Rusiya yeni hücumlara hazırlaşır''
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun yeni hücumlara hazırlaşdığını qeyd edib.