Almaniyada Ulu Camiyə nalayiq sözlər yazıldı

Məscidin divarlarına İslam, türklər, Türkiyəyə səfər əleyhinə sözlər yazılır, qamalı svastik xaç işarələri (yəni faşist işarələri) çəkilib.

585224
Almaniyada Ulu Camiyə nalayiq sözlər yazıldı

  Ham şəhərində inşaatı gedən Türkiyə Diyanət İşləri Türk İslam Birliyinə aid Ulu Cami Almaniyada artan məscid hücumlarının əsas ünvanı olub. Məscidin divarlarına İslam, türklər, Türkiyəyə səfər əleyhinə sözlər yazılır, qamalı svastik xaç işarələri (yəni faşist işarələri) çəkilib.

  Hücuma məruz qalan məscidin qarşısında təşkil edilən yığıncaqda müsəlmanlar bu hərəkətlərdən duyduqları narahatlıqları dilə gətiriblər.

  Türkiyə Diyanət İşləri Türk İslam Birliyinin sədri, professor Yaşar Nevzat Aşıkoğlu Almaniyadakı məscidlərə hücumları müsəlmanlara qarşı edilmiş hücum adlandırıb, bunun narahatedici vəziyyət olaraq şərh edib.

  Türkiyənin Essen şəhərindəki Baş konsulu Mustafa Kamal Basa da yaranan bu hadisələrdən üzüldüyünü dilə gətirib, bu hücumların alman-türk dostluğuna təsir edə biləcəyini söyləyib.

  Ham Böyükşəhər Bələdiyyə sədrinin müavini Urlik Uviç (Ulrike Waesche) də bu cür hərəkətlərin əleyhinə olduğunu, birlik-bərabərlik içində yaşamağın vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr