ABŞ Metyu qasırğasına qarşı mübarizǝ edir

Amerika Birləşmiş Ştatları (ABŞ), Matthew (Metyu) qasırğasının cənub-şərq sahillǝrinǝ yaxınlaşması sǝbǝbindǝn güçlü tǝdbirlǝr görmǝkdǝ davam edir.

583832
ABŞ Metyu qasırğasına qarşı mübarizǝ edir

Qasırğa səbəbiylə, Florida, CORCİA, Cənubi və Şimali Karolayna əyalətlərinin sahil bölgələrində fövqəladə vǝziyyǝt rejiminǝ keçilib. Bir çox bölgədən xalq evakuasiya edilir. Meteorologiyanın mǝlumatına görǝ qasırğanın sürǝti saatda 115 kilometrǝ çatacaq.

Floridada bǝzi tǝdbirlǝrǝ qatılması nǝzǝrdǝ tutulan Barak Obama qasırğa sǝbǝbiylǝ proqramını lǝğv edǝrǝk, paytaxt Vaşinqtondakı Federal fövqǝladǝ hallar idarǝsinǝ baş çǝkib vǝ sǝlahiyyǝtlilǝrdǝn mǝlumat alıb.

Xatırladaq ki, bir neçə gün əvvəl dǝ Metyu qasırğası Haiti, Dominikan və Qrenadada insan tələfatına səbəb olmuşdu. Bu sǝbǝbdǝn Haitidə bazar günü dövlət başçılığına keçirilmǝsi planlaşdırılan seçki tǝxirǝ salınıb.



Әlaqәli Xәbәrlәr