Efiopiyada yaşanan izdihamda 56  nǝfǝr  hǝyatını  itirib

Efiopiyada hökumət əleyhdarı etirazlara polisin müdaxiləsi  nǝticǝsindǝ yaşanan izdihamda 56  nǝfǝr  hǝyatını  itirib.

581522
Efiopiyada yaşanan izdihamda 56  nǝfǝr  hǝyatını  itirib
etiyopya'da oromoların şükran bayramı kutlamaları.jpg

Oromiya bölgəsində hər il keçirilǝ dini  festival əsnasında yaşanan qorxunc hadisədə hökumət əleyhdarı nümayiş keçirən Oromo etnik qrupa polisin gözyaşardıcı qaz ilə müdaxilə etməsi və xəbərdarlıq atəşi açması böyük bir xaosa səbəb olub.

Reutersin  mǝlumatına  görǝ   Rǝsmi   açıqlama verilmǝyǝn   hadisǝdǝ ən az 50  nǝfǝr  hǝyatını  itirib. BBC  isǝ    ölǝnlǝrin  sayının  300-ǝ   çatdığını   bildirib.     

Yaşanan izdihamın yanında festivalda həyatını itirənlərdən bəzilərinin polisin gerçək güllə istifadə etməsi səbəbiylə də öldüyü ifadə edilir.

Qeyd  edǝk ki,  Bölgədəki gərginliyin ötən Noyabrda hökumətin paytaxtın sərhədlərini Oromiaya qədər genişlənmə planını açıqlamasından sonra başladı. Oromo etnik qrupuna mənsub fermerlər, torpaqlarını itirmək məcburiyyətində qalacaqlarından narahatdırlar. Oromo, ölkədəki ən böyük etnik qrupdur. Hökumət reaksiyalar üzərinə planı ləğv etdi. Lakin hüquqlarının pozulduğunu və ayrıseçkiliyə məruz qaldıqlarını söyləyən bölgə xalqı etirazlarını davam etdirdi.

 



Әlaqәli Xәbәrlәr